Avstraliyada iki təyyarə toqquşub, ölənlər var 19-02-2020, 08:09 Avstraliyanın Melburn şəhəri yaxınlığında iki təyyarə toqquşub.Trend-in "Ren TV"yə istinadən verdiyi məlumata görə, Melburndan 120 kilometr şimalda baş verən insident nəticəsində 4 nəfər həlak olub.Bildirilir ki, toqquşma 120 metr hündürlükdə baş verib.Hazırda qəza yerinə polislər tərəfindən baxış keçirilir. Qəzanın səbəbləri araşdırılır. Facebook-da paylaş