Bakı-Sumqayıt şossesində ölümlə nəticələnən qəza baş verib - FOTO

21-02-2020, 07:42           
Bakı-Sumqayıt şossesində ölümlə nəticələnən qəza baş verib - FOTO
Bakının Binəqədi rayonunda piyadanın üzərindən avtomobil keçib.

APA xəbər verir ki, hadisə Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında qeydə alınıb.

Təxminən 50-55 yaşlı kişi yolun ikinci zolağında uzanmış vəziyyətdə olub. Əvvəlcə "Opel" markalı avtomobilin sürücüsü həmin şəxsi yerdə gördüyündən qəfil əyləcdən istifadə edərək avtomobilini yol kənarında yeni qazılan çuxura aşırıb. Toğrul Cəfərli isə idarə etdiyi "BMW" markalı nəqliyyat vasitəsilə həmin şəxsin üzərindən keçib. "BMW"-də olan sərnişin İsmayıl Xaspoladov APA-ya bildirib ki, yerə uzanan şəxsi əvvəlcə naməlum markalı avtomobil vurub.

Hadisə yerinə Baş Dövlət Yol Polis İdarəsi və Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Piyadanın hansı şəraitdə ölməsi dəqiqləşdirilir.















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.