Tovuzda məktəbli dərs vaxtı sinif yoldaşı tərəfindən bıçaqlandı

21-02-2020, 22:15           
Tovuzda məktəbli dərs vaxtı sinif yoldaşı tərəfindən bıçaqlandı
Tovuzda bıçaqlanma hadisəsi baş verib.

Teref.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Dönük Qırıxlı kənd tam orta məktəbində qeydə alınıb.

Məktəbin 10-cu sinif şagirdi 2003-cü il təvəllüldü Qarayev Rəvan Pərviz oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdilib. Məktəbli dərhal əməliyyat edilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Q.Rəvanın valideynləri bildiriblər ki, onların övladını məktəb yoldaşı dərs vaxtı bıçaqlayıb.

Hadisə ilə bağlı araşdırma başlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru