Deputat Kəmaləddin Qafarovla bağlı şikayət.. - Bir məntəqədə səslər etibarsız sayıldı

21-02-2020, 22:30           
Deputat Kəmaləddin Qafarovla bağlı şikayət.. - Bir məntəqədə səslər etibarsız sayıldı
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 9 saylı Binəqədi ikinci seçki dairəsindən namizədlər - Ülvi Həsənov və Şəhriyar Bayramovun müraciətinə baxılıb.

Bu barədə MSK üzvü İlkin Şahbazov məlumat verib.

İ.Şahbazov bildirib ki, namizəd müraciətində səsvermə günü dairə pozuntuların olduğunu iddia edib.

Qeyd olunub ki, araşdırma zamanı sözügedən dairənin 20 saylı seçki məntəqəsində keçirilən səsvermənin seçicilərin iradəsini özündə əks etdirmədiyi məlum olub.

Komissiya 20 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edib.

Xatırladaq ki, bu dairə üzrə lider namizəd deputat Kəmaləddin Qafarovdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru