Bakıda 6 nəfəri gülləyən iş adamı kimdir? - Təfərrüat

22-12-2015, 13:54           
Bakıda 6 nəfəri gülləyən iş adamı kimdir? - Təfərrüat
Bakıda silahlı insidenti törədənin kimliyi məlum olub.

Axar.az-a verilən məlumata görə, hadisənin iştirakçısı Məhərrəm Əliyev Fəxrəddin oğludur.

Hüquq-mühafizə orqanları tərəfindən M.Əliyevin idarə etdiyi 99 CD 999 nömrə nişanlı “Toyota Land Kruzer” markalı maşın tapılıb.

Avtomobildə onun mobil telefonu və ov tüfəngi aşkarlanıb. Cinayəti törədənin atası iş adamıdır.

M.Əliyevin silahla vurduğu Ədalət Həsənov “Zeytə park” restoranında ad gününü qeyd edirmiş. Məhərrəm onunla mübahisə edib və restorandan küçəyə çağırıb.

Zalda olan şəxslər də səs-küyə bayıra çıxıb. Bu zaman Məhərrəm onu güllə ilə ayağından vurub və bayıra çıxanlara da atəş açıb. M. Əliyev və hadisənin digər iştirakçılarının tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, atışma nəticəsində 6 nəfər yaralanıb. Bunlar Ədalət Həsənov, onun azyaşlı oğlu Orxan, Nazim Həsənov, Rafiq Kərimov, Cəmil Həmidov və Mehrab Əliyevdir. Yaralılardan 5-i tüfəngdən, 1-i isə tapançadan açılan atəş nəticəsində xəsarət alıb.

Bakı şəhər Prokurorluğunun yaydığı məlumata görə, faktla bağlı Qaradağ Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 221.1 (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.