Əvəz Ələkbərov da manatın durumundan DANIŞDI

22-12-2015, 14:04           
Əvəz Ələkbərov da manatın durumundan DANIŞDI
Azərbaycanın keçmiş maliyyə naziri Əvəz Ələkbərov manatın “üzən məzənnə”yə keçməsinə münasibət bildirib.

Eks-nazir AzVision.az-a açıqlamasında qeyd edib ki, aidiyyatı dövlət qurumları dolların bahalaşmasından sonrakı vəziyyəti nəzərə alıb, müvafiq addımlar atacaq.

“Hesab edirəm ki, Maliyyə Nazirliyi, Sənaye və İqtisadiyyat Nazirliyi və Mərkəzi Bank birlikdə tədbirlər planı hazırlayıb həyata keçirəcəklər. Bu, addım qaçılmazdır. Düşünürəm ki, bununla bağlı yaxın günlərdə tədbirlər həyata keçiriləcək, dövlət tərəfindən lazımı addımlar atılacaq”,-deyə Ə.Ələkbərov vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru