Sərkisyanın təyyarəsini partlatmaq istədilər

23-12-2015, 13:52           

Ermənistanın Milli Təhlükəsizlik Nazirliyinin ötən ay zərərsizləşdirdiyi qrupun planı mediaya sızıb.

Axar.az “Qraparak” qəzetinə istinadən xəbər verir ki, dəstə Ermənistanda eyni anda prezidentin iqamətgahını, hökumət, parlament, Konstitusiya məhkəməsi binalarını və teleqülləni ələ keçirməyi hədəfləyib.

Əsas əməliyyat isə Sərkisyanın noyabrın 29-da Paris səfəri zamanı təyyarəsini partlatmaq olub.

“Əməliyyat yaxşı planlaşdırılmışdı, lakin qrup rəsmisi Artur Vardanyan bir səhv buraxdı və özü də bilmədən xüsusi xidmət orqanlarının əməkdaşlarından biri ilə görüşdü”, - mənbə qəzetə bildirib.

Qeyd edək ki, noyabrın 25-də Ermənistan hüquq mühafizə orqanları silahlı qruplaşmanın üzvlərini həbs edib. Ermənistan müdafiə nazirinin sabiq müavini Vaan Şirxanyan mütəşəkkil cinayətkar qruplaşma ilə əlaqə saxlamaqda şübhəli bilinərək dekabrın 19-da tutulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru