Yeni il ərəfəsində: Tərtərin Qapanalı kəndində yeni tibb mənətəqəsi istifadəyə verildi
23-12-2015, 17:12
teref.az - Bu münasibətlə keçirilən açılış mərasimini girş sözü ilə Qaraağacı kənd İƏD-i üzrə nümayəndə əvəzi Lətif Həmidov açaraq sözü kəndin ağsaqqalı Məzahir Quliyevə verdi. Ağsaqqal xeyir-duasıyla başlayan tədbirdə mərkəzi rayon xəstəxanasının baş həkimi Yaşar Hüseynov, Azərbaycan Respublikasının Ərazilərinin Bərpası və Yenidənqurma üzrə Agentliyin Baş Meneceri Əhməd Əhmədov, Milli Məclisin deputatı Sahib Alıyev çıxış edərək ölkə rəhbəri tərəfindən sərhəd bölgələrində yaşayan insanlara göstərilən diqqət və qayğıdan söhbət açdılar. Kənd sakinləri onlara göstərilən qayğıya görə respublika Prezidentinə öz minnətdarlıqlarını bildirdilər.
Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək əvvəlcə tədbir iştirakçılarını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə səmimi qəlbdən təbrik etdi, onlara uzun ömür can sağlığı firavan həyat arzuladı. Rayon rəhbəri tezliklə Qarabağın işğaldan azad olunmasını, Azərbaycan bayrağını Qarabağda dalğalanması arzusunu dilə gətirdi. O, qeyd etdi ki, sərhəd bölgəsində yaşayan insanlar hər şeyin ən yaxşısına layiqdirlər. Çünki Siz təmas xəttində yaşayırsınız, düşmənlə üzbəüz atəş altında yaşayır, işləyirsiniz. Ordumuza güvənir, bir gün də doğma kəndinizi tərk etməmisiniz. Xalq və ordu birdir. Ordumuz xalqa güvəndiyi kimi xalq da orduya arxalanır. Bu birlik nəticəsində qəhrəman tərtərlilər düşmənə bir qarış da torpaq verməyiblər, əksinə, neçə-neçə kəndi erməni işğalından azad ediblər. Tərtərlilər uşaqdan tutmuş böyüyədək bu gün də Ali Baş Komandan, möhtərəm prezidentimiz cənab İlham Əliyevin vətənin müdafiəsi əmrinə hazırdırlar.
Rayon rəhbəri öz çıxışında qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev kursunun layiq davamçısı olan respublika Prezidentinin diqqət və qayğısı altında bu gün respublikamızın hər yerində regionların sosial iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində geniş tikinti-abadlıq-quruculuq işləri aparılır, yollar çəkilir, parklar salınır, yeni məktəblər, xəstəxanalar, diaqnostika mərkəzləri, ictimai binalar tikilir.
Biz bunu düşmənlə 48 km təmas xətti olan rayonumuzun da timsalında görürük. Möhtərəm Prezidentimizin diqqət və qayğısı sayəsində Tərtər bu gün böyük bir tikinti meydançasını xatırladır. Yeni inzibati binalar, yaşayış evləri tikilir, yollar çəkilir, yaşıllıq zolaqları salınır. Rayon mərkəzində 100 yerlik körpələr evi-uşaq bağçası, analoqu olmayan şahmat məktəbi, kənd təsərrüfatı idarəsi inşa olunur. Artıq kəndlərimizin 32-də qazlaşma başa çatıb. 10 yaşayış məntəqəsinə isə qaz çəkilişi davam etdirilir.