Karantin günlərində hansı hallarda SMS-məlumatın göndərilməsi tələb olunmur? - QƏRAR

19-06-2020, 21:40           
Karantin günlərində hansı hallarda SMS-məlumatın göndərilməsi tələb olunmur? - QƏRAR
Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS-məlumatın göndərilməsi tələb olunmur.

“Report” xəbər verir ki, bu, xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Baş Nazir Əli Əsədovun imzaladığı qərarda əksini tapıb.

Həmçinin şəxslər məhkəməyə və ya hüquq-mühafizə orqanlarına çağırıldıqda SMS -məlumat göndərilmədən yaşayış yerini və olduğu yeri tərk edirlər.

Bu halda onlar məhkəməyə və ya hüquq-mühafizə orqanına çağırılmalarına dair sənədi polis əməkdaşlarının tələbi ilə onlara təqdim etməlidirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru