Ağdamda 15 yaşlı qız faciəvi şəkildə ölüb

6-02-2016, 10:15           
Ağdamda 15 yaşlı qız faciəvi şəkildə ölüb
Ağdamda 15 yaşlı qız dəm qazından zəhərlənərək ölüb. APA-nın məlumatına görə, bədbəxt hadisə rayonun Mahrızlı kəndində baş verib.

Mirizadə Məlahət Bəxtiyar qızı vanna otağında qaz sızması nəticəsində boğularaq ölüb. Ailə üzvləri qızın hamamdan gec çıxdığını görüb içəri daxil olublar və onu huşsuz vəziyyətdə aşkarlayıblar.

Ağdam Təcili Tibbi Yardım Şöbəsinin həkimləri hadisə yerinə gəlsələr də, M. Mirizadənin həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, M. Mirizadə Ağdam rayon Təhis Şöbəsinin Zəngişalı kənd Tam orta məktəbinin 10-cu sinif şagirdidir.

Hadisə yerinə Ağdam rayon Polis Şöbəsinin əməkdaşları gəliblər. Araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru