Bakıda polis qəza törətdi - FOTOLAR

6-02-2016, 20:07           

Polis əməkdaşı Bakıda Nobel prospektində, Azərbaycan Futbol Federasiyası Asossiasiyasının inzibati binasının yaxınlığında dəhşətli qəza törədib.

AzNews.az xəbər verir ki, bu barədə jurnalist Günay Novruzqızı məlumat verib.
O, “Passat” markalı avtomobilin sürətlə gəldiyini və nəticədə “Kamaz”ın altına girdiyini bildirib: “Bir az əvvəl Allah məni və anamı çox böyük qəzadan qorudu. Yolda “Şumaxerlik” edən bu avtombilin sahibini də... Yüksək sürətlə “Kamaz”ın altına girən maşın fırlanıb mənim qarşıma çıxdı. Xoşbəxtlikdən mən öncədən bu avtomobilin manevrlərini güzgüdən gördüm və sürətimi azaltdım. Yüngül zədə ilə qəzanı atlatdım. Qəzanı törədən şəxs polis geyimində idi. Başı qanamışdı. Tez hadisə yerindən apardılar. Biz hələ də burdayıq”.

***
Report-un məlumatına görə, “Passat” əvvəlcə “Hyundai” markalı avtomobillə toqquşub, daha sonra “KamAZ” markalı yük avtomobilinin arxa tərəfinə çırpılıb.
Hadisə nəticəsində “Passat”ın sürücüsü baş nahiyəsindən xəsarət alıb. Sürücü xəstəxanaya yerləşdirilib.
Hadisədən sonra “Passat”ın dövlət nömrə nişanı çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.

Fotolar Trend və Report-a məxsusdur.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru