Gəncədə həkim yaşadığı evdə ölüb

7-02-2016, 12:29           

Gəncədə bədbəxt hadisə baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, Gəncə şəhər sakini, 1952-ci il təvəllüdlü Ələsgər Abdullayev Yeni Gəncə qəsəbəsində yaşadığı mənzildə boğularaq ölüb. Qonşular evdən qoxu gəldiyini və onun qapını açmadığını görüb FHN-nin xilasetmə xidmətinə məlumat veriblər. Əraziyə gələn xilasedicilər qapını açaraq mənzilə daxil olublar və Ə. Abdullayevin öldüyünü müəyyən ediblər. Məlumata görə, o evdə tək yaşayıb.

Ə. Abdullayevin qaz sobasındakı qazanın yanması nəticəsində yaranan tüstüdən boğulduğu və ya ürəktutmasından keçindiyi ehtimal olunur.

Ölümün dəqiq səbəbi ekspertiza nəticəsində müəyyənləşdiriləcək.

Qeyd edək ki, Ə. Abdullayev Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasında uroloq işləyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.