Bakıda dəhşətli qəza: sürücü öz maşınının altında qaldı - FOTOLAR 18+

7-02-2016, 13:00           

Axşam saatlarında Bakının Xətai rayonunda faciəvi qəza nəticəsində bir nəfər həlak olub. teref.az ans press-ə istinadən məlumatına görə, 55 yaşlı şəxs “Şaqman” yük avtomobilini təmir edərkən onun altında qalıb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Bədbəxt hadisə nəticəsində ölən sürücü Quba rayon sakini Seyidəhmədov İbrahimdir.

Onun "Bakı Ağ Şəhər" ərazisində yerləşən şirkətlərdən birində çalışdığı qeyd olunur. Hazırda hadisənin baş verdiyi Xətai rayon Nəcəfqulu Rəfiyev küçəsində FHN xilasediciləri tərəfindən cəsədin maşının altından çıxarılması işi aparılır. Həmçinin polis və prokrorluq orqanlarının işçiləri hadisə yerində araşdırma aparır.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru