Azərbaycanın aşağı orbitli peykin istismarından gəlirləri 200 milyon dolları ötəcək
7-03-2016, 23:20
Azərbaycan hökumətinin proqnozlarına əsasən, növbəti 12 il ərzində "Azersky" aşağı orbitli peykin xidmətlərindən əldə edilən gəlirlər 200 milyon dolları ötəcək.
Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin fəaliyyəti barədə hesabatında deyilir. Hesabatın martın 15-də Milli Məclisdə müzakirə edilməsi gözlənilir.
Qeyd edək ki, "Azersky" aşağı orbitli peykinin idarəçiliyi "Bakutel-2014" sərgisi çərçivəsində "Azərkosmos" ASC və Franasının "Airbus Defence and Space" şirkəti arasında 2014-cü ilin dekabrında imzalanmış saziş əsasında Azərbaycana verilib.