Aptekçəyə görə cərimələr artırıldı

8-03-2016, 00:36           
Aptekçəyə görə cərimələr artırıldı
Ötən ilin dekabrında Milli Məclis tərəfindən qəbul edilən və bu il martın 1-dən qüvvəyə minən Yeni İnzibati Xətalar Məcəlləsində dərman qutusunun olmamasına görə sürücüləri 10 manat cərimə gözləyir.
Avtosfer.az-ın məlumatına görə, İnzibati Xətalar Məcəlləsinin 356.1-ci maddəsində qeyd olunur ki, xüsusi komplektləşdirilmiş dərman qutuları ilə təchiz olunmayan nəqliyyat vasitəsini idarə etməyə görə 10 manat miqdarında cərimə nəzərdə tutulur. Bundan əvvəl isə eyni xətaya görə 3 manatdan 5 manata qədər cərimə nəzərdə tutulurdu.
Qeyd edək ki, əvvəllər yol polisi əməkdaşları aptekçəyə görə cərimə tətbiq etməyə o qədər də həvəsli olmasalar da, artıq son günlər dərman qutusu olmayan nəqliyyat vasitələrini idarə edən sürücülərin cərimələnməsi hallarına rast gəlinir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.