Bakının Nardaran qəsəbəsində oğurluq hadisəsi baş verib. TEREF.İNFO teleqraf.com-a istinadən xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, martın 5-də Nardaran qəsəbəsində əvvəllər məhkum olunan 1973-cü il təvəllüdlü Zaman Talıbov, 1981-ci il təvəllüdlü Namiq Hüseynov və Abşeron rayon sakini, 1987-ci il təvəllüdlü Saleh Məmmədov həbs ediliblər. Onlar qəsəbənin yeni magistral yolun kənarında “Azəriqaz” MMC-yə məxsus 76 mm. diametrlik 30 metr uzunluğunda istifadəyə yararsız qaz borusunu kəsərək oğurlayıblar.