Niderland daha 6 rus yaxtasını ələ keçirdi

13-04-2022, 10:37           
Niderland daha 6 rus yaxtasını ələ keçirdi
Niderland Rusiya və Belarusa qarşı tətbiq etdiyi sanksiyalar çərçivəsində ötən həftə daha 6 rus yaxtasını ələ keçirib.

Redaktor.az xəbər verir ki, Niderland Gömrük İdarəsindən verilən yazılı açıqlamada ölkədəki 9 yaxta istehsalçısı və dilerinə məxsus 19 rus yaxtasının ciddi nəzarət altında olduğu bildirilib.

Açıqlamada, ən kiçiyi 8,5 metr, ən böyüyü isə 120 metr uzunluğunda olan yaxtaların istifadəsinə və ölkəni tərk etməsinə icazə verilmədiyi, nəzarət altında sınaq üçün dənizə çıxa biləcəkləri bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru