Bakı Sumqayıt şossesində ağır qəza - FOTO

14-04-2022, 09:26           
Bakı Sumqayıt şossesində ağır qəza - FOTO
Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Teref.Az APA-ya istinadən xəbər verir ki, hadisə Xırdalan qəbirstanlığının yaxınlığında qeydə alınıb.

Belə ki, "Shacman" markalı yük avtomobilinin sürücüsü nəqliyyat vasitəsi nasaz olduğu üçün təhlüləsizlik qaydalarına əməl edərək yol kənarında dayanıb.

Bu zaman "Hyundai" markalı avtomobili idarə edən şəxs sükana nəzarəti itirib.

Nəticədə minik maşını yük avtomobilinə çırpılıb.

Qəza zamanı minik avtomobilinin sürücüsü və sərnişini ağır bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə zamanı Bakı-Sumqayıt şossesində tıxac yaranıb.

Faktı Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları araşdırır.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru