Daha bir erməni hərbçisi öldü

5-05-2016, 23:18           

Ermənistanda qəza nəticəsində müqavilə üzrə xidmət edən hərbçi ölüb.

Qəza Ermənistanın Qeqarkunik vilayətində baş verib.

Gecə yarısına yaxın vilayətin xilasetmə xidmətinə Astxadzor kəndinin yaxınlığında Martuni-Vardenis yolunda avtomobilin yanması haqqında zəng daxil olub.

Məlum olub ki, Qeqarkunik vilayətinin sakini, 27 yaşlı hərbçi Samvel Saakyanın sükan arxasında olduğu “Vօlkswagen Passat” avtomobili yolun hərəkət hissəsindən çıxaraq aşıb.

Qəza nəticəsində maşın yanıb. Xilasedicilər tamamən yanan maşında hərbçinin külə dönmüş meyitini tapıblar. (oxu.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru