Şəhid leytenantın 6525 manatlıq kredit borcu silinəcək - Rəsmi

6-05-2016, 12:20           
Şəhid leytenantın 6525 manatlıq kredit borcu silinəcək - Rəsmi
Aprelin 2-də döyüşlərdə qəhrəmancasına şəhid olan leytenant Orucəliyev Qabil Əbdüləli oğlunun kredit borcu tamamilə silinəcək.

Dia.az xəbər verir ki, bu barədə femida.az -ın sorğusuna Kapital Bankın Mətbuat katibi Pərviz Sədrəddinov məlumat verib. Onun sözlərinə görə, Kapital Bank-ın Neftçala filialının müştərisi, şəhid olmuş Orucəliyev Qabil Əbdüləli oğlunun adına olan kredit silinəcək. Hazırda silinmə sənədləri hazırlanır.

Kredit borcu 4 may 2016-cı il tarixinə 6525 manat təşkil edir.

Xatırladaq ki, Q.Orucəliyev Naxçıvan şəhərinin Xıncov məhəlləsində anadan olub. Tərtər istiqamətindəki döyüşlərdə ağır yaralanaraq həyatını itirib. Ölümündən əvvəl oğlu dünyaya göz açıb. Amma Orucəliyevin oğlunun nə səsini eşidib, nə də üzünü görüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru