Tanınmış vəkil atasına tam bəraət aldı - Presedent

6-05-2016, 12:35           

Tanınmış vəkil Aqil Layıcovun atasının cinayət işi ilə bağlı Avropa Məhkəməsində qərarının tam icrasına nail olub.

Aqil Layıcovun Axar.az-a verdiyi məlimata görə, o, Ali Məhkəmənin qərarından Avropa Məhkəməsinə şikayət edib və atası Tacir Şirin oğlu Layıcovun məhkəmə prosesindəki qanun pozuntularının tanınması yönündə qərar çıxarılmasını istəyib.

İşə baxan Avropa Məhkəməsi Avropa Konsensiyasının 3 və 6-cı maddələrinin pozulduğunu təsbit etdikdən sonra Şəki Apelyasiya Məhkəməsi qərarın icrası ilə bağlı hərəkətə keçib. 27 aprel 2016-cı il tarixində Şəki Apelyasiya Məhkəməsində keçirilən prosesdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə təqsirli bilinən T.Layıcova tam bəraət verib.

Xatırladaq ki, bu, Avropa Məhkəməsinin verdiyi qərarın tam icra olunaraq, şəxsə bəraət verməsi ilə bağlı Azərbaycanın məhkəmə sistemində ilk presedent sayılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru