“Vergi və gömrüklə büdcəni doldurmaq olmaz”

6-05-2016, 17:28           
“Vergi və gömrüklə büdcəni doldurmaq olmaz”
“Vergi və gömrüyün hesabına büdcəni doldurmaq olmaz. İnsanlara yaxşı yaşamaq üçün şərait yaratmaq lazımdır”.
TİA.AZ xəbər verir ki, bunu millət vəkili Çingiz Qənizadə “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” qanun layihəsinin müzakirəsi zamanı dilə gətirib.
“Mən bayaq da qeyd etdim ki, pay torpaqlarının istifadə edilməyən bir hektarına görə 1000 manat cərimə ödəmək lazımdı. Əgər kiminsə 5 hektar torpağı varsa, o, 5000 manat ödəməlidir. Necə ödəsin? Mən əminəm ki, bu qanun işləməyəcək. Cənab prezident əminəm ki, onu geri qaytaracaq. İndi antidempinq məsələsi də elədir. Böyük avadanlıqlara da bunu tətbiq etmək olar. Amma geyim məsələsində çətinlik yaranacaq. Outlet deyilən bir məsələ var. Oradan ucuz geyimləri alıb gətirirlər. Bu da gələcəkdə problemlər yaradacaq”- deyə qeyd edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.