Bakının sabiq prokuroru Moskvada dünyasını dəyişdi

13-05-2016, 09:42           
Bakının sabiq prokuroru Moskvada dünyasını dəyişdi
Bakı şəhərinin sabiq prokuroru Məmməd Quliyev vəfat edib.

Bu barədə Rusiyada yaşayan azərbaycanlı jurnalist, publisist Cəfər Sadıx Abbasov məlumat verib. O, uzun illərdir ki, Moskvada yaşayan M. Quliyevin bu gün səhər saatlarında qəflətən ürək tutmasından vəfat etdiyini söyləyib.

C. Abbasov mərhumla vida mərasiminin mayın 13-də Moskvanın “Otradnoye” metrostansiyası yaxınlığında yerləşən məsciddə keçiriləcəyini bildirib.


Qeyd edək ki, Məmməd Babaş oğlu Quliyev 1939-cu il fevralın 3-də Ağdamda doğulub. Milli Məclisin birinci çağırış deputatı olan M. Quliyev parlamentdə qanunvericilik və dövlət təhlükəsizliyi komissiyasına rəhbərlik edib. Mərhum Moskvada dəfn olunacaq. (APA)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru