GDU-da AZ VAXTDA BÖYÜK UĞURLAR

13-05-2016, 12:28           


teref.az - Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibovun bir başa təşəbbüsü ilə Baş binanın foyesində qoyulan və Ural mərmərindən böyük sənətkarlıqla yaradılmış Ulu Öndər Heydər Əliyevin büstü bütün kollektiv üçün əvəzsiz hədiyyədir. Bu o deməkdir ki, kollektiv dahi rəhbərin yolu ilə gedir, layiqli davamçısı möhtərəm Prezidenyimiz İlham Əliyev cənablarının göstərişlərinə əməl edir. Bəli, bu gün Azərbaycanın ali təhsil müəssisələri arasında xüsusi yeri və mövqeyi olan Gəncə Dövlət Universiteti son illər geniş inkişaf yoluna düşərək bir sıra diqqətçəkən uğurlara imza atıb. Təsadüfi deyil ki, 2015/2016-cı tədris ilinə tələbə qəbulu zamanı Universitrt Respublikanın ali məktəbləri arasında layiqli yerlərdən birinə sahib olub. Əlbəttə bu uğurun qazanılmasında müəllim heyətinin gərgin əməyi xüsusilə qed edilməlidir. 540 nəfər müəllim heyətindən 16 nəfəri professor, 14 nəfəri elmlər doktoru, 146 nəfəri dosent, 181 nəfəri isə fəlsəfə doktorudur. 2014/2015-ci tədris ilində 1 nəfər elmlər doktoru, 8 nəfər fəlsəfə doktoru dərəcəsi, 3 nəfər professor, 5 nəfər dosent elmi adı alıb. Professor-müəllim heyətindən 2 nəfəri əməkdar elm xadimi, 8 nəfəri əməkdar müəllim, 1 nəfəri əməkdar rəssam, 1 nəfər əməkdar ali məktəb işçisi fəxri adını daşıyır. 7 nəfər isə "Tərəqqi" medalı ilə təltif olunub.
Tədris prosesini Avropa standartlarına çatdırmaq üçün təkcə müəllimlərin fəaliyyəti həlledici deyildir. Gərək maddi-texniki baza keyfiyyətli təhsil almağa imkan versin. Universitetdə bu məsələ rektorluğun daim diqqət mərkəzində olub. Sevindirici haldır ki, əsaslı təmir olunan bütün tədris binaları müasir tələblərə cavab verir. Yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün universitetdə 32 laboratoriya, 5 ixtisas kabineti, 2 tədris emalatxanası, 8 kompüter mərkəzi və geniş auditoriyalar mövcuddur. Bütün təhsil müəssisələrində olduğu kimi, burada da nəzərdə tutulan təmir-tikinti və abadlıq işləri yüksək keyfiyyətlə həyata keçirilib və bu işlər bu gün də davam etdirilir. Yeni tədris ilinə hazırlıq ərəfəsində Baş binanın həyət hissəsində 1100 kvm sahədə asfalt örtüyü salındı, oturacaqlar qoyuldu. Binanın girəcəyindəki pilləkən başdan-başa sökülüb qranitlə üzləndi. 16 ədəd sanitar qovşağı əsaslı təmir olundu.
Gəncə Dövlət Universitetində təhsillə bərabər, idmanın müxtəlif sahələrinin inkişafına da ciddi fikir verilir. Bu sahədə rektor professor YusifYusibovun qayğısı göz qabağındadır.Təsadüfi deyil ki, Universitetin tələbələrindən ibarət komandalar idmanın müxtəlif növləri üzrə şəhər və Respublika yarışlarında qələbələr qazanmış, bu təhsil ocağının şərəfini ləyaqətlə qorumuşlar.
İdmanla bağlı tədris sahələri II korpusun payına düşür.Artıq bu korpusun həyətində mini futbol stadionu yaradılmış, tamaşaçılar üçün oturacaqlar qoyulmuşdur. Stadionun dövrəsində qaçış zolağı, voleybol, basketbol meydançası da tam hazır vəziyyətə salınıb tələbələrin ixtiyarına verilmişdir.
Binanın istiliklə təmin olunması üçün qazanxananın yenidən qurulması və noyabr ayınadək istifadəyə verilməsi öz müsbət həllini tapmaqdadır.
Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filalı fəaliyyətini dayandırdıqdan sonra Gəncə Dövlət Universitetinin balansına keçirilmiş Cavadbəy Rəfibəyli , 57 ünvanda yeləşən Y tədris binasında əsaslı təmir işlərinə başlanılmışdır. Gəncə şəhərinin ən gözəl tikililərindən birinə çevriləcək bu binada planlı surətdə, tələbatauyğun olaraq seminar, mühazirə otaqları, kabinetlər, kitabxana müəyyənləşdirilmiş, təmir də bu istiqamətdə aparılır. binanın dam örtüyü mansarda tipində dəyişdiriləcək, otaqlarda istilik sistemi, sanitar qovşaqları yaradılacaq, tədris üçün nə lazımsa Avropa standartları səviyyəsində öz real həllini tapacaqdır.
28 noyabr 2014-cü ildə kimya kafedrasında üzvi və bioloji kimya laboratoriyasının, 17 sentyabr 2015-ci il tarixdə Fiziki və kolloid kimya laboratoriyasının açılış mərasimi olub. Ümumiyyətlə 8 laboratoriyadan 6-sı yenidən qurulub tələbələrin istifadəsinə verilmişdir. 2015-ci ilin axırınadək Fizika və Kimya kafedralarında yeni elmi-tədqiqat laboratoriyalarının açılışı planlaşdırılır.
Universitetdə tədris prosesində yeni informasiya texnologiyalarından geniş istifadə edilir. Yeni kompüter avadanlıqları, ağıllı lövhələr və s. alınıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə "Aztelekom" tərəfindən bütün korpuslara "Fiber optik kabel"in çəkilişi həyata keçirilib.
Tədrisin keyfiyyətini artırmaq üçün universitetdə innovativ yanaşmalara geniş yer verilir. Rektorluğun təşəbbüsü ilə ötən ildən bu məqsədə xidmət edən yeni layihəyə - "Açıq dərs"lərə start verilib. Yeni layihə istər müəllim heyətinin, istərsə də pedaqoji təcrübədə olan tələbələrin "açıq dərs"lərini müntəzəm təşkil etməklə bərabər, həm də onların ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilməsi və televiziya vasitəsilə işıqlandırılmasını nəzərdə tutur. Artıq layihənin icrası ənənəvi şəkil alıb.
Universitetin uğurlarından biri onun beynəlxalq əlaqələrdə bir sıra yeniliklərə imza atmasıdır. Bu beynəlxalq əlaqələrdə Cənubi Koreyanın Beynəlxalq Əməkdaşlıq Təşkilatı olan "KOİCA" geniş yer tutur. Cənubi Koreyanın Beynəlxalq Əməkdaşlıq Təşkilatı olan "KOİCA" universitetin təhsil və inzibati işlərin avtomatlaşdırılmış sisteminin yaradılmasına yardımçı olmağı öz üzərinə götürüb.
GDU Türkiyənin "Mövlana" mübadilə proqramına qoşulub. Bu proqram çərçivəsində 20 ali təhsil müəssisəsi ilə müqavilələr imzalanıb. Fransanın Yuxarı Elzas, Strasburq, Reyms Şampan-Arden, Albaniyanın Vitrina, MDB ölkələri istiqamətində Belarusun Vitebsk, İqtisad, Poltava, Gürcüstanın Tbilisi, Kutaisi universitetləri, Özbəkistanın Nizami adına Daşkənd Pedaqoji İnstitutu və Azərbaycanın Bakı Dövlət, Sumqayıt Dövlət, Texniki universitetləri, AMEA Aşqarlar Kimyası, AMEA Kimya Problemləri institutları, Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq uğurla davam etdirilir.
Universitet Alman Akademik Mübadilə Xidməti (DAAD) ilə də əlaqə yaratmış, Avropa Şurasına daxil olmayan dövlətlərdə ali təhsilin inkişafına, Bolonya prosesinin reallaşmasına kömək məqsədilə yaradılmış və Avropa Şurasının layihəsi olan "TEMPUS", bütün dövlətlərdə ali təhsilin Avropa modeli üzrə inkişafı məqsədinə, müəllim və tələbələrin mübadiləsinə xidmət edən "ERASMUS" proqramında , kurikulum sisteminin Avropa standartlarına uyğunlaşdırılması məqsədi daşıyan "CURDEUS", beynəlxalq əlaqələrin təkmilləşdirilməsi və yenidən qurulmasına xidmət edən "UNİVİA", əlil tələbələrin təhsilə cəlb edilməsi məqsədilə yaradılmış "ESVİDİP" layihələrində də yaxından iştirak edir.Tələbələr İtaliyada, Fransada, Polşada və Finlandiyada bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsillərini davam etdirəcəklər.
İnkişaf edən bu əlaqələrin nəticəsidir ki, Fransa Republikası Azərbaycan Fransa əlaqələrini yüksək qiymətləndirərək Fransız dili kafedrasının müdiri Məhərrəm Orucovu Akademik Palma (Kavaler dərəcəsi) ordeni ilə təltif etmiş, Universitetinin "Yüksəliş" qəzetinin redaktoru Qərib Mehdiyevə Türk Dünyası Araşdırmaları Beynəlxalq Akademiyasının Fəxri doktoru diplomu və "Altun yıldız" medalı verilmişdir.
Universitetdə 2014-cü ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş "Müasir biologiya və kimyanın aktual problemləri", "Əsrin müqaviləsi" adlı konfrans, "Riyaziyyat və İKT-nin tətbiq sahələri.Yeni tədris texnologiyaları" adlı beynəlxalq konfrans keçirilib. 29 dekabr 2014-cü ildə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tələbə və magistrantların elmi konfransı təşkil olunub. Elmi konfransda 30-dan çox tələbə və magistrant təhsil aldıqları ixtisasa uyğun elmi biliklərini və axtarışlarının nəticələrini nümayiş etdirib. Universitetin əməkdaşlarının, tələbə və magistrantların təkcə 2014-cü ildə respublikamızın nəşrlərində 592, xarici nəşrlərdə isə 160 elmi məqaləsi dərc edilib. Bununla yanaşı 2 monoqrafiya, 5 dərslik, 7 dərs vəsaiti, 62 proqram və metodik göstəriş işıq üzü görüb. Son bir ildə əməkdaşların impakt-faktoru olan xarici jurnallarda 6 məqaləsi çap olunmuşsa, 2015-ci ildə isə bu rəqəmlərin artımı daha sevindiricidir.
Professor Yusif Yusibovun rəhbərliyi ilə görüləcək işlər daha çoxdur. Lakin bugünki uğurlarımızı nədənnsə bəzi saytlar görmür, görürsə də, hansı məqsədlə bağlı ictimaiyyətə çatdırmaq istəmir, əksinə şər-böhtan dolu yalançı məlumatlarla illizuiya yaratmaq istəyirlər. Belə saytlar əslində Respublikamızda gedən iqtisadi-mənəvi inkişafa da biganədirlər. Onlar dərk etmirlər ki, bu cızma-qaralarla insanları çaşdırmaq qeyri-mümkündür. Çünki Gəncə Dövlət Universiteti gündən-günə öz uğurlarını daha da genişləndirir.
Gəncə Dövlət Universitetinin professorları:
1. Yusifov Xəlil Həmid o.—Əməkdar elm xadimi
2. Novruzov Vaqif Seyfəddin o.-Əməkdar elm xadimi
3. Səmədov Abbas
4. Tağıyev Tağı İbrahim o.
5. Əliyeva Nəzakət Usub q.
6. Yusifov Mübariz İmran o
7. Quliyev Telman Ziyatxan o.
8. Tağıyev Şahin Tağı o.
9. Sadıqov Həsənbala Hənifə o.
10. Quliyev Əliqulu Umud o.
11. Mövsümov Eldar Haqverdi o.
12. Məmmədov Şaiq Murtuzəli oğlu
13. Qurbanəliyeva Sevda Firudun o.
14. Qurbanov Mahal Şaban o.
15. Quliyev Muğan Salman o.
16. İsayev Daşdəmir Qəhrəman o.
17. Məmmədov Oqtay Qulam o.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.