Hindistanda şəxsi təyyarə uçuş-enmə zolağından çıxaraq yanıb

15-09-2023, 12:34           
Hindistanda şəxsi təyyarə uçuş-enmə zolağından çıxaraq yanıb
Güclü yağış zamanı Hindistanın Mumbay hava limanına eniş edən şəxsi təyyarə uçuş-enmə zolağından çıxaraq alovlanıb. Təyyarədə səkkiz nəfərin - altı sərnişin və iki ekipaj üzvünün olduğu bildirilir.

Məlumata görə, ən azı üç nəfər xəstəxanaya yerləşdirilib. Onların xəsarətlərinin nə qədər ciddi olduğu barədə hələlik məlumat yoxdur.

Mülki Aviasiya Baş Müdirliyinin məlumatına görə, təyyarə “Learjet 45” olub. O, Andhra-Pradeş ştatının Vişakhapatnam şəhərindən gəlib.
Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru