Bakıda məktəbin qarşısında gənc oğlan bıçaqlanıb

15-09-2023, 09:16           
Bakıda məktəbin qarşısında gənc oğlan bıçaqlanıb
Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.

Belə ki, 90 nömrəli tam orta məktəbin qarşısında 1992-ci il təvəllüdlü İsmayıl Nəriman oğlu Əsgərov qəfil naməlum şəxsin hücumuna məruz qalıb.

Həmin şəxs İsmayıl Əsgərova bıçaq zərbəsi endirərək ərazidən qaçıb.
Yaralı ətrafdakı insanların köməyi ilə xəstəxanaya çatdırılıb.

O, cərrahi əməliyyat edilib. Vəziyyəti ağır kimi qiymətləndirilir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru