Moskvada məşhur avtomobil şirkətinin rəhbəri qarət olundu

21-09-2023, 14:08           
Moskvada məşhur avtomobil şirkətinin rəhbəri qarət olundu
Rusiyanın paytaxtı Moskvada KIA şirkətinin Rusiya və MDB ölkələri üzrə prezidenti, koreyalı Sanq Qvon Conq qarət edilib.

Cinayətkar yanğın pilləkənləri ilə şirkətin mərkəzi ofisinə daxil olub.

Oğru “Light House” biznes mərkəzinə girərək birbaşa Cənubi Koreya şirkətinin Rusiya bölməsi rəhbərinin 9-cu mərtəbədəki ofisinə doğru gedib. O, yanğın pilləkənlərinin qapısını açıb və şirkət rəhbərinin şkafında əlinə keçən bütün pulları götürüb. Lakin tapdığı pullar elə də çox olmayıb - cəmi 500 dollar.
Qeyd edək ki, 52 yaşlı Sanq Qvon Conq KIA korporasiyasının vitse-prezidenti və Avropa qrupunun rəhbəridir. O, KIA şirkətinin Rusiya və MBD üzrə prezidenti vəzifəsinə təyin edilib və avtomobil brendinin regional baş qərargahının Moskva ofisində vəzifəsinə başlayıb.

Mənbə: “SHOT” “Telegram”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru