Bakıda özünə dərman vuran həkim şoka düşərək ölüb.
“Report” xəbər verir ki, hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb.
Belə ki, 1996-cı il təvəllüdlü Qəmbər Dilavər oğlu Əlizadə özünə antibiotik vurub. İynənin əks təsirindən həkim işləyən Qəmbər Əlizadə şok vəziyyətinə düşüb.