Bakıda dörd maşın toqquşub, biri polis olmaqla iki nəfər ölüb

15-10-2023, 07:41           
Bakıda dörd maşın toqquşub, biri polis olmaqla iki nəfər ölüb
Bakının Sabunçu rayonunda yol qəzası zamanı iki nəfər yaralanıb, 2 nəfər ölüb.

APA xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsində baş verib.

Belə ki, 4 maşının toqquşması nəticəsində Saidov Cavanşir Məhəmməd oğlu və sürücü hadisə yerində ölüb.

Hələlik naməlum kişi və 1976-ci il təvəllüdlü Muradova Könül Murad qızı ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, ölən Saidov Cavanşir Xətai Rayon Polis İdarəsinin əməkdaşıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru