Sürücü sənədləri yoxlanılarkən özünü yandırdı

13-02-2024, 08:56           
Sürücü sənədləri yoxlanılarkən özünü yandırdı
Cəlilabad rayonunda taksi sürücüsü özünü yandırıb.

Hadisə sürücünün sənədləri yoxlanılarkən baş verib.

Belə ki, Cəlilabad DYP əməkdaşları rayon sakini 1994-cü il təvəllüdlü Səbran Əsgər oğlu Əliyevi “VAZ-2107” markalı minik avtomobilini idarə edərkən saxlayıb.

Bu zaman heç bir sənəd təqdim edə bilməyən S. Əliyev avtomobildə olan yanacağı üzərinə tökərək özünü yandırıb.

Müxtəlif dərəcəli yanıq xəsarətləri alan taksi sürücüsü Cəlilabad rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, S. Əliyev qardaşına məxsus nəqliyyat vasitəsində taksi fəaliyyəti ilə məşğul olub. Onun sürücülük vəsiqəsi və maşına aid sənədləri olmayıb. Özü Vətən müharibəsi iştirakçısı və əlilidir.
Mənbə: qafqazinfo.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.