Dubayda uçan taksilərin istifadəyə verilməsi planlaşdırılır

14-02-2024, 11:24           
Dubayda uçan taksilərin istifadəyə verilməsi planlaşdırılır
Dubayda (BƏƏ) 2026-cı ilə qədər uçan taksilərin istifadəyə verilməsi planlaşdırılır.

Qeyd olunur ki, uçuşlar dörd sərnişin üçün nəzərdə tutulmuş kiçik “Cobi” təyyarələrində həyata keçiriləcək. Bu təyyarələrin sürəti 320 km/saata çata bilir. Onlar elektriklə işləyəcəklər və növbəti uçuşa qədər enerji yığmaq üçün təxminən 10 dəqiqə lazım olacaq.

“Biz sərnişinlərə əhəmiyyətli dərəcədə qısa səyahət müddətində heyrətamiz anlar yaşatmaq istəyirik”, - deyə “Joby Aviation”in qurucusu və baş icraçı direktoru Co Ben Bevirt bildirib.

Şirkət artıq Dubayın Yol və Nəqliyyat İdarəsi ilə 2026-cı ilin əvvəlində hava taksi xidmətinə başlamaq üçün müqavilə imzalayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru