Ötən gün Sumqayıtda intihar hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, şəhərin 41-ci məhəllə ünvanında yaşayan 2003-cü il təvəllüdlü Mürvətov Elvin Vüqar oğlu canına qəsd edib. O, yaşadığı 5-ci mərtəbədə yerləşən mənzilin pəncərəsindən özünü yerə atıb. Faktla bağlı araşdırma aparılır.