Xəzərdə içərisində sərnişinlər olan gəmi batıb

16-02-2024, 08:47           
Xəzərdə içərisində sərnişinlər olan gəmi batıb
Əlverişsiz hava şəraiti səbəbindən Xəzər dənizində göyərtəsində iki sərnişin və bir kapitanın olduğu kiçik gəmi batıb.

Bu barədə fevralın 15-də Rusiya İstintaq Komitəsinin Nəqliyyat üzrə Qərb Regionlararası İstintaq İdarəsinin Mətbuat Xidməti məlumat yayıb.

“İlkin məlumatlara görə, Xəzər dənizində sahil zolağından təxminən yeddi kilometr aralıda hərəkət edərkən gəmi pisləşən hava şəraiti səbəbindən batıb”, - deyə qurumun “Telegram” kanalında yayımlanan məlumatda deyilir.

Bildirilib ki, təxminən üç saat suda qaldıqdan sonra bir nəfər sahilə çıxarılıb. O, xəstəxanaya yerləşdirilib. Hazırda itkin düşən iki nəfərin axtarışları davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru