Əhməd Rusiyada ali təhsil alıbmış

16-02-2024, 11:23           
Əhməd Rusiyada ali təhsil alıbmış
Üç gün əvvəl ikisi uşaq olmaqla 5 nəfər ailə üzvünü amansızlıqla öldürməkdə ittiham olunan Əhməd Əhmədov haqda daha bir maraqlı məqam ortaya çıxıb.

25 yaşlı Əhməd orta məktəbi bitirdikdən sonra Rusiyada ali təhsil alıb. Təhsili ilə bağlı o, bir müddət orada yaşayıb.

Üç gündür hər kəsi sarsıdan cinayət əməlinə görə həbs edilən Əhməd təhsil möhləti olduğu üçün 21 yaşında Hərbi Komissiyada qeydiyyatdan keçib.

Xatırladaq ki, 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının aktına əsasən, çağırışçıya “Şizofrenəbənzər pozuntu” diaqnozu təyin edilib. Nəticədə Əhmədov Əhməd Mehman oğlu həm dinc dövrdə, həm müharibə dövründə hərbi xidmətə yararsız hesab edilib.
Mənbə: qafqazinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru