İtaliyada bina uçdu - 2 nəfər öldü

17-02-2024, 00:09           
İtaliyada bina uçdu - 2 nəfər öldü
İtaliyanın Florensiya şəhərində tikilməkdə olan binanın uçması nəticəsində ən azı 2 işçi həyatını itirib.

"Cebhe.info" xəbər verir ki, İtaliya yanğınsöndürmə briqadasının məlumatına görə, Florensiyanın Mariti küçəsində yerləşən supermarketin tikinti sahəsi səhər saatlarında çöküb.

İlkin məlumata görə, tikintidə işləyən 2 işçi həyatını itirib.

Florensiyanın yerləşdiyi Toskana Bölgəsinin Regional İcra Başçısı Eugenio Giani açıqlamasında hadisə zamanı tikintidə 8 nəfərin olduğunu bildirib:

"Təəssüf ki, ölən var. 3 nəfər dağıntıların altından sağ çıxarılaraq Careggi Xəstəxanasına aparıldı. Heç bir əlamət tapa bilmədiyimiz 3 işçinin axtarışları davam edir".

Yanğınsöndürmə qrupları axtarış-xilasetmə itləri ilə işçilərin tapılması istiqamətində işləri davam etdirir. Florensiyanın meri Dario Nardella şəhərdə sabah üçün matəm elan edib.

Hadisə şahidləri çökmə anını "Bomba partlamasına bənzəyən çox yüksək səs" kimi təsvir ediblər.

Baş nazir Giorgia Meloni də həyatını itirənlər üçün başsağlığı mesajı verib və hadisələri yaxından izlədiyini bildirib.

İşçilərin ölümlərinə etiraz etmək üçün Toskana bölgəsindəki bəzi həmkarlar ittifaqlarının şöbələri bugünkü növbələrin son 2 saatında təcili tətil etmək qərarına gəliblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru