11 yaşlı qızı "tok" vurub öldürdü 24-05-2024, 07:24 Cəlilabad rayonunda 11 yaşlı qızı elektrik cərəyanı vuraraq öldürüb.TEREF APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Günəşli kəndində baş verib.Kənd sakini, 2013-cü il təvəllüdlü Zəhra Niftiyevanı elektrik cərəyanı vurub. O, hadisə nəticəsində ölüb.Faktla bağlı araşdırma aparılır. Facebook-da paylaş