Bakıda havada tozun konsentrasiyası artıb

27-05-2024, 00:14           
Bakıda havada tozun konsentrasiyası artıb
Hazırda Bakı və Abşeron yarımadasında havada tozun konsentrasiyası artaraq normadan 1,5-1,7 dəfə artıq müəyyən edilib.

Bu barədə "Cebhe.info"ya Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib.

Onun sözlərinə görə, peyk görüntülərinə əsasən havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir.

“Tozlu hava şəraitinin sabah gündüz saatlarına qədər davam edəcəyi gözlənilir”, – baş mühəndis vurğulayıb.

Xatırladaq ki, səhər saatlarında havada tozun miqdarı normadan 1,3 dəfə artıq olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru