Bazar ertəsi iki rayonda qaz olmayacaq

13-07-2024, 10:28           
Bazar ertəsi iki rayonda qaz olmayacaq
Gələn həftənin bazar ertəsi Qobustan və Quba rayonlarının qaz təchizatında fasilə yaranacaq.
Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, "Qobustan 5-6-cı massiv" ölçü qovşağında təmir-quraşdırma işləri aparılacaq. Bu səbəbdən iyulun 15-də saat 11:00-dan 13:00-dək "Qobustan" qazpaylayıcı stansiyadan (QPS) qidalanan "Qobustan 5-6-cı massiv" ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır. Qaz təchizatı dayandırılan müddətdə Qobustan Bağlar yaşayış massivinin və 5,6,7-ci massivlərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Həmçinin, Quba rayonunun 1-ci Nüqədi kəndində ortatəzyiqli qaz kəmərində aparılacaq təmir, 2-ci Nüqədi kəndində isə yeni çəkilmiş qaz xəttində quraşdırma işləri səbəbindən iyulun 15-də saat 09:30-dan etibarən işlər tamamlanana qədər qaz təchizatının dayandırılması planlaşdırılıb. Qaz təchizatı dayandırılan müddətdə Quba rayonunun 17 yaşayış məntəqəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru