Gürcüstan: Ukraynada hərbi əməliyyatlar bir ildən sonra başa çatacaq

17-07-2024, 12:14           
Gürcüstan: Ukraynada hərbi əməliyyatlar bir ildən sonra başa çatacaq
"Ukraynada hərbi əməliyyatlar bir ildən gec olmayaraq başa çatacaq.

Bu fikri hakim" "Gürcü arzusu – Demokratik Gürcüstan" partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili deyib.

O, partiyanın seçki kampaniyasının rəsmi açılışı zamanı deyib: "Ukraynada gedən müharibə bir ildən gec olmayaraq başa çatacaq və əgər respublikaçılar Amerikada prezident seçkilərində qalib gəlsələr, müharibə yanvarda bitə bilər".

İvanişvili qeyd edib ki, Ukraynada hərbi əməliyyatlar bitən kimi Tbilisi ilə Brüssel, eləcə də Vaşinqton arasında mövcud olan anlaşılmazlıq aradan qalxacaq və Gürcüstan qlobal siyasətdə oyunçular üçün tamamilə fərqli maraq obyektinə çevriləcək.

Onun sözlərinə görə, bir ildən sonra Gürcüstanla bağlı həm qlobal, həm də regional maraqlar və planlar əsaslı şəkildə dəyişəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru