Şiə məscidinə hücum: Ölənlər var

17-07-2024, 15:54           
Şiə məscidinə hücum:
Omanda məsciddə açılan atəş nəticəsində 4 Pakistan vətəndaşı ölüb, 30 nəfər yaralanıb.

TEREF xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyi hücumun sünnilərin çoxluq təşkil etdiyi Omanda şiə məscidi olan, yerli olaraq İmam Əli məscidi kimi tanınan Əli bin Əbi Talib məscidində törədildiyini bildirib.

Omanın paytaxtı Maskatın Vadi əl-Kəbir bölgəsində baş verən hadisəni “terror” hücumu kimi xarakterizə edən nazirlik, yaralıların xəstəxanada olduğunu qeyd edib.

Qeyd edək ki, hadisə Aşura gününə təsadüf edib. // news24.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru