Rusiyada 25 yaşlı gənc 11 yaşlı qızı 17-ci mərtəbədən atdı, özü də intihar etdi
17-07-2024, 16:44
Rusiyanın İjevsk şəhərində 25 yaşlı kişi 11 yaşlı qızı 17-ci mərtəbənin pəncərəsindən ataraq intihar edib. Şahidlər kişinin psixiatriya klinikasında qeydiyyatda olduğunu bildiriblər.
"Həm qız, həm də kişi ölümcül xəsarətlər alıblar", - deyə qeyd edilib.
Hazırda hüquq-mühafizə orqanları vəziyyəti araşdırır. REN TV