Yeni "radar"lar cərimə yazmır? - DİN-dən açıqlama

18-07-2024, 16:06           
Yeni "radar"lar cərimə yazmır? - DİN-dən açıqlama
"Yeni monitorlar cərimə yazmır, sürücüləri məlumatlandırır".

Bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi vəzifəsini Elşad Hacıyev bildirib. Onun verdiyi məlumata görə, sürücülərin radar kimi qəbul etdikləri yeni sistem cərimə və inzibati xətalarla bağlı qeydiyyat aparmır:

"Avtomobil yollarında quraşdırılan monitorlar sürücüləri məlumatlandıran rəqəmsal sistemdir. Bu radarlar yalnız sürücülərin təhlükəsizliyinə xidmət edir. Onların quraşdırılmasında məqsəd hərəkət iştirakçılarının profilaktikası olmaqla, idarə etdikləri avtomobilin sürət göstəricisini əks etdirməsidir. Hər bir sürücü sürət həddinə əməl etməli, özünün və digər şəxslərin həyat və sağlamlığına etinasız yanaşmamalıdır. Yolda sürət təhlükədir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru