Mərakeş patrulu 196 miqrantı daşıyan qayıq aşkarlayıb

21-07-2024, 08:54           
Mərakeş patrulu 196 miqrantı daşıyan qayıq aşkarlayıb
Mərakeş Kral Donanmasının patrul gəmisi Atlantik okeanında 196 qeyri-qanuni miqrantı daşıyan qayıq aşkarlayıb.

“Report” xəbər verir ki, bu barədə “Maghreb Arab Press” məlumat yayıb.

Qeyd olunub ki, miqrantları Kanar adalarına (İspaniya - Qeyd) aparan gəmi okeanda çətinliklə üzləşib. Qayıqda həmçinin miqrantlardan birinin cəsədi də aşkar edilib.

Bütün miqrantlara lazımi köməklik göstərilib, bundan sonra onlar Daxla limanında jandarma əməkdaşlarına təhvil verilib.

Avropadan dar Cəbəllütariq boğazı ilə ayrılan Mərakeş uzun illər Afrika ölkələrindən Avropa İttifaqına keçməyə çalışan qeyri-qanuni miqrantlar üçün tranzit ölkə olub. Hakimiyyət orqanlarının məlumatına görə, krallıq ərazisindən qeyri-qanuni mühacirlərin Avropa İttifaqına daşınması ilə məşğul olan cinayətkar şəbəkələrin fəaliyyəti son illərdə yüksək olaraq qalır. Miqrant axınının əsas istiqaməti İspaniyadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru