Saat 21 radələrində Şəmkir rayon Mahmudlu kənd sakini İ.Abbasovun kəsici-deşici alətlə qətlə yetirilməsi barədə rayonun Polis Şöbəsinə məlumat daxil olub.
Bu barədə "Cebheinfo.az"a DİN-in Mətbuat xidmətindən bildirilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən A.Abbasov şübhəli şəxs qismində saxlanılıb.
İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.