Körpələrin inkişafı üçün ən yaxşı qida

7-10-2024, 10:13           
Körpələrin inkişafı üçün ən yaxşı qida
Ana südü körpələrin sağlam inkişafı üçün ən təbii və faydalı qidadır. Tərkibindəki zülallar, yağlar, karbohidratlar və vitaminlər körpənin bütün qida ehtiyaclarını qarşılayır. Foodinfo.az xəbər verir ki, ana südü immun sistemini gücləndirən antikorlar ilə zəngindir, bu da körpəni infeksiyalardan və xəstəliklərdən qoruyur. Həmçinin, ana südü həzm sisteminə uyğun olduğundan körpələrdə qəbizlik və qaz problemlərini azaldır.Ana südündəki omeqa-3 yağ turşuları beyin və sinir sistemi inkişafını dəstəkləyir. Bu qida həm də ana ilə körpə arasında emosional bağlılığı gücləndirir, ananın sağlamlığına da fayda göstərir, çünki südvermə zamanı hormonlar ananın özünü rahat və xoşbəxt hiss etməsinə kömək edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru