Qayınata qızını xaricə aparmaq istəməyən kürəkəninin üzünə turşu tökdü

21-12-2024, 07:34           
Qayınata qızını xaricə aparmaq istəməyən kürəkəninin üzünə turşu tökdü
Hindistanda 65 yaşlı kişi qızını xaricə bal ayına aparmaqdan imtina etdiyi üçün 29 yaşlı kürəkəninin üstünə turşu atıb.

Demokrat.az xəbər verir ki, bu barədə "The Times Of India" məlumat yayıb.

Nəşrin məlumatına görə, hadisə Maharaştra ştatının Thane bölgəsində baş verib. Toydan sonra qayınata və kürəkən arasında bal aylarının yeri ilə bağlı fikir ayrılığı yaranıb.

Bu fikir ayrılığı ciddi münaqişəyə çevrilib. Qayınata kürəkənə turşu ataraq onun üzünə və bədəninə ağır xəsarətlər yetirib. Hazırda zərərçəkən xəstəxanada müalicə olunur.

Polis hücum edən şəxsi axtarır. Ona qarşı bir neçə maddə üzrə ittiham elan olunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru