Qəzaya uğrayan təyyarənin "qara qutu"ları nə vaxt deşifrə ediləcək?

Dünən, 08:37           
Qəzaya uğrayan təyyarənin "qara qutu"ları nə vaxt deşifrə ediləcək?
Aktauda qəzaya uğrayan AZAL-ın sərnişin təyyarəsinin "qara qutu"ları ilə bağlı işlərə dekabrın 27-də Braziliyadan mütəxəssislər gəldikdən sonra başlanacaq.

Oxu.Az xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat nazirinin müavini və Mülki Aviasiya Komitəsinin sədri Talqat Lastayev məlumat verib.

"Alqoritm, standartlar var və bütün ölkələr onlara əsasən addım atırlar. İlk növbədə, vəziyyətə və bütün məlumatlara əsaslanaraq, təyyarə qəzasını araşdırmaq üçün komissiya yaradılır və "qara qutu"larla bağlı nə etmək lazım olduğuna o qərar verir. Hazırda bu proses gedir - fraqmentlər və detallar toplanılır. İstehsalçı ölkə Braziliyadan olan mütəxəssislər, aviadaşıyıcının öz nümayəndəsi sabah gələcək. Bütün bu insanlar bir araya gələndən sonra "qara qutu"nun necə deşifrə edilməsinə qərar veriləcək", - o deyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.