Sumqayıtda 65 yaşlı qadın müalicə aldığı xəstəxanada ölüb. Bakupost.az xəbər verir ki, hadisə Sumqayıt şəhər xəstəxanasında qeydə alınıb. Belə ki, 1959-cu il təvəllüdlü Nübar Aslan qızı Qasımova 1 aydır müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Meyit aidiyyəti üzrə təhvil verilib, fakt araşdırılır.