Xəzərdə bir saatda ikinci zəlzələ olub

31-12-2024, 10:31           
Xəzərdə bir saatda ikinci zəlzələ olub
Yerli vaxtla saat 6:46-da Xəzər dənizində 3 maqnitudalı daha bir zəlzələ qeydə alınıb.

Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Zəlzələ ocağı bu dəfə 33 kilometr dərinlikdə yerləşib. Xatırladaq ki, bu, son bir saatda baş verən ikinci zəlzələdir - daha əvvəl baş verən silkələnmə 17 kilometr dərinlikdə 3.5 bal gücündə qeydə alınıb. Ümumilikdə isə dekabr ayında dənizdə baş verən 7-ci təbiət hadisəsidir. Belə ki, dekabrın 18-də, 25-də, 26-da (iki dəfə) və 29-da da Xəzərdə zəlzələlər qeydə alınıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.