Azərbaycanda məcburi yerə enmək barədə tələblərə riayət etməyən təyyarələrin məhvinə icazə veriləcək - QƏRAR

21-02-2025, 00:09           
Azərbaycanda məcburi yerə enmək barədə tələblərə riayət etməyən təyyarələrin məhvinə icazə veriləcək - QƏRAR
Məcburi qaydada yerə enmək barədə xüsusi tələblərə riayət etməyən, bortunda pozuntu törədilməsində təqsiri olmayan sərnişinlərin olması barədə düzgün məlumat olmayan və ya özünümüdafiə tələb edilən halda hava gəmisinin məhvinə icazə veriləcək.

APA-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin “Dövlət sərhədini pozan hava gəmilərinə və uçuş aparatlarına qarşı hava hücumundan müdafiə qoşunlarının növbətçi qüvvə və döyüş texnikasının tətbiq edilməsi Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.

Belə halda əvvəlcə xəbərdarlıq atəşi açılacaq.

İndiyə qədər qüvvədə olan Qaydaya əsasən, mülki hava gəmilərinə qarşı məhv atəşi açmağa bu hava gəmilərinin sərnişinsiz və hərəkətsiz ələ keçirilməsi barədə aerodromda məlumat olduqda icazə verilib. Belə halda da əvvəlcə xəbərdarlıq atəşi açılmalı idi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru